Hesabatlar

Azərbaycanın xaricə yönəldilmiş birbaşa investisiyaları 2,8 dəfə azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 512,8 milyon ABŞ dolları məbləğində artıb. Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın xalis maliyyə aktivləri 590,3 milyon dollar artmışdı. Bu isə o deməkdir ki, artım tempi zəifləyib.  

Bu göstəricilər Azərbaycan Mərkəzi Bankının məlumatlarında öz əksini tapıb. 

Məlumata görə, artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 519,5 milyon dollar artması, portfel investisiyalarının 18.5 milyon dollar azalması və digər investisiyaların 11,8 milyon dollar artması hesabına təmin edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın xalis maliyyə aktivləri 590,3 milyon dollar artmışdı. Artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 1 665,1 milyon dollar, portfel investisiyalarının isə 299,1 milyon dollar artması, digər investisiyaların isə 1 373,9 milyon dollar azalması təmin etmişdi. Bu isə o deməkdir ki, xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi 2,8 dəfə azalıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)