BİZNES

3 azərbaycanlı “Rusiyanın ən yaxşı 100 iqtisadçısı” siyahısındadır: Onlar kimlərdir?

Rusiyanın “RBC” telekanalı azərbaycan əsilli üç gənc mütəxəssisin yer aldığı “Rusiyanın ən yaxşı 100 iqtisadçısı”nın siyahısını yayımlayıb.

Fransanın müstəqil araşdırma institutu “Choiseul”a görə, Sberbank” şirkətinin (Moskva) vitse-prezidenti, “Risklər” şöbəsinin rəhbəri, 38 yaşlı Cahangir Cahangirov siyahıya daxil edilib.

Həmçinin siyahıda “SpetsProekt” (Sankt-Peterburq) şirkətinin idarəedici partnyoru 29 yaşlı Rəhim Əhədov və Vladivostok regionu üzrə İnsan Kapitalının İnkişafı Agentliyinin (Vladivostok) baş direktorunun müavini 34 yaşlı Həsən Həsənbalayev də yer alıb.

Xatırladaq ki, “Choiseul 100 Rusiya” reytinqi Fransanın müstəqil analitik mərkəzi “Institut Choiseul”un bir layihəsidir.

“İnstitut Choiseul” mütəxəssisləri potensialı ilə ölkə iqtisadiyyatının modernləşməsinə töhfə verən müasir nəslin 40 yaşadək ən parlaq və ən istedadlı nümayəndələrini seçir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)