Hesabatlar

Azərbaycanın tədiyyə balansında 2 milyard dollara yaxın kəsir açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 166,8 milyon dollarlıq qalıq yaranmışdı.

 Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 208,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,6 milyon dollarlıq kəsir (2,05 dəfə çox), maliyyə hesabındakı 2 105,6 milyon dollarlıq kəsir (6,2 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 517,8 milyon dollarlıq qalıq (2,05% çox) hesabına formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)