Qarabağ

Çavuşoğlu: "Rusiya ilə hər iki protokol öncə Azərbaycana göndərildi"

“Azərbaycan haqqı və qanuni olanı aldı. Əks təqdirdə, kim bilir neçə 30 il gözləmək məcburiyyətində qalacaqdı. İndi bölgədəki sülhün təməlini bərabər qoyuruq”.

“Anadolu” agentliyi yazır ki, bu sözləri Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə məsələləri ilə bağlı danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Müxalif partiyaya mənsub millət vəkillərinin “Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz niyə gizli danışıqlar olub?” sualını cavablandıran  nazir bu ittihamların əsassız, Azərbaycandan gizlin heç bir protokolun imzalanmadığını deyib:

“Biz Rusiya ilə iki protokol imzaladıq və hər ikisində əvvəlcə onu Azərbaycana göndərdik, sonra isə imzaladıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)