Tramp Türkiyəyə sanksiya qanuna veto qoyacaq
ABŞ Prezidenti Donald Trump, Twitter hesabında Senat və Nümayəndələr Palatasından keçən və Türkiyəyə qarşı sanksiyaların da yer aldığı yeni müdafiə büdcəsinə veto qoyacağını söyləyib.
Qanunun Çin üçün işlədiyini söyləyən Trampın vetosuna gəlincə, qanun layihəsi həm Senatdan, həm də Nümayəndələr Palatasından üçdə iki səs çoxluğu aldığından keçərsiz sayıla bilər.
Rusiyadan satın alınan S-400 raketdən müdafiə sisteminə görə Türkiyəyə qarşı sanksiyalar nəzərdə tutulur.
ABŞ prezidenti Donald Trump, Amerikanın düşmənlərinə qarşı qoyulan Sanksiyalar Qanununda (CAATS) Türkiyəyə qarşı sanksiyaları bir qədər gözləmə mövqeyində tutmuşdu.
Müdafiə qanunu layihəsi ABŞ prezidenti Trampın 30 gün ərzində CAATSA çərçivəsində dörd və ya beş sanksiya tətbiq etməsini nəzərdə tutur.
4 min səhifədən ibarət 740 milyard dollarlıq Milli Müdafiə Səlahiyyət Qanunu, 2021-ci ildə müdafiə sahəsindəki xərclərin miqyasını təyin edir.