Azərbaycanın Gürcüstana yatırdığı milyonlar - 3-cü rübdə 6,7% azalıb
Azərbaycan cari ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatına 51,5 milyon dollar sərmayə yatırıb. Bu manatla 87 milyon 557 min manat deməkdir və daxili investisiyalara ehtiyac baxımından böyük vəsaitdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon dollar və ya 6,7% azdır.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
Bildirilir ki, son 3 ildə ilk dəfədir ki, Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmində azalma qeydə alınıb.
Xidmətin məlumatına görə, azalma cari ilin 1-ci və 2-ci rüblərində də müşahidə edilib.
Mütəxəssislərin fikrincə, azalmaya koronavirus pandemiyası səbəb olub.