Manat avro və rubla nisbətən ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə AMB-dən məlumat verilib.
Dekabrın 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0669 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB dekabrın 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0233 manat/1RUB səviyyəsində müəyyən edib.