Dünya Bankı: Kriizisdən əvvəlki vəziyyətə qayıtmaq üçün 2-3 il lazımdır
Dünya Bankının (DB) prezidenti David Malpass deyir ki, qlobal iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün hələ iki-üç il çəkəcək.
The Wall Street Journal-a verdiyi müsahibədə Malpass, inkişaf etmiş ölkələrin COVID-19 böhranından gözləniləndən daha sürətli şəkildə xilas olmasına baxmayaraq, bir çox inkişaf etməkdə olan bazarların, turizmdəki azalma və xaricdə çalışan bu ölkələrin vətəndaşlarının pul köçürmələrindəki azalma səbəbiylə bərpa baxımından geridə qaldığını söyləyib. .
"Çin iqtisadiyyatı sürətlə inkişaf edir və bu, qonşu ölkələrə kömək edir. Beləliklə, Cənub-Şərqi Asiya ölkələrində iqtisadi canlanma daha sürətli irəliləyir və bu da Yaponiyaya müsbət təsir göstərir. Digər inkişaf etməkdə olan bazarlar üçün inkişaf etmiş ölkələrdəki vəziyyət çox vacibdir, çünki bu ölkələr əksər hallarda onların əsas bazarlarıdır", - deyə Malpass vurğulayıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr proqnozuna görə, qlobal ÜDM 2020-ci ildə 4.4% azalacaq. BVF-nin gözlədiyi kimi, bu il dünyada böyüməni göstərəcək yeganə böyük iqtisadiyyat Çin olacaq.
Təşkilatın proqnozuna görə, 2021-ci ildə qlobal ÜDM-in 5,2% artacağı proqnozlaşdırılır.