Moskvada Rusiya - Ermənistan danışıqları başlayıb
![](https://ena.az/uploads/news/2020-12/_ena_87d7864f8b307815e6f6bcddf_o.jpg)
Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.
ENA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib.
Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq.