Dövlət Turizm Agentliyi Bakıda və Abşeronda120 iaşə obyekti tikdirəcək
Dövlət Turizm Agentliyi Şimal – Qərb Turizm Koridoru Kommersiya Obyektlərinin inkişafı konsepti üzrə Abşeron və Bakının Binəqədi rayonlarının ərazisində 120 iaşə obyektinin tikintisinin layihələndirilməsi işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "N-Design Group" MMC-dir.
Qalib şirkətə 43,6 min manat ödəniləcək.