Qida tullantılarından pizza hazırlanacaq
ABŞ-ın San-Fransisko şəhərində qida tullantıları ilə pizza hazırlayacaq istehsal müəssisəsi fəaliyyətə başlayıb.
Bu barədə “Waste 360” məlumat yayıb.
“Ugly Pickle Co” adlanan marka aşpazlar Devid Merfi və Kayla Abe tərəfindən yaradılıb. Aşpazlar qida tullantılarının gündəlik həyatda minimuma endirilə biləcəyini göstərmək niyyətindədirlər.
Onlar həmçinin belə bir başlanğıcın pizza istehsalı üçün komponentlərin alınacağı fermerlərə kömək edəcəyini gözləyirlər.