Qarabağ

Türkiyə və Rusiya hərbçiləri Qarabağda bu ərazidə yerləşəcək

Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib. Belə ki, mərkəz Ağdamda yerləşəcək.

ENA.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri bildirir.

Məlumata görə, Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə Ağdamdan dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)