Hindistanda dövlət rəsmisi virusa qarşı vaksindən sonra COVID-19-a yoluxub
Hindistanın Həryan əyalətinin Daxili İşlər və Səhiyyə Nazirliyinin başçısı Anil Vic koronavirusa qarşı peyvənd olunduqdan sonra COVID-19-a yoluxub.
ENA.az xəbər verir ki, bu barədə o tvitter səhifəsində yazıb.
“Koronavirusla bağlı testimin nəticəsi müsbət çıxdığından məni Ambala-Kanttdakı mülki xəstəxanaya yerləşdiriblər. Mənimlə təmasda olanların hamısının testdən keçməsi lazımdır”, - o bildirib.
Məlumata görə, A.Vic Hindistanın “Bharat Biotech” şirkətinin istehsal etdiyi “Covaxin” vaksini ilə peyvənd olunub.
Şirkətdən bildirilib ki, vaksin 28 gün fasilə ilə iki dəfə tətbiq edildikdən sonra təsir göstərməyə başlayır. Preparatın ikinici dozası tətbiq olunduqdan iki həftə sonra səmərəsini göstərir.