2021-ci ildə əmək haqqıdan tutulmalar (əmək haqqının hesablanması qaydası)
Bu yazımızda hər il olduğu kimi ənənəvi olaraq əvvəlcədən növbəti il üzrə əmək haqqından tutulmalar barədə məlumat verəcəyik.
2021-ci ildən bütün ölkə ərazisində tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı 2021-ci ildən əlavə olaraq icbari tibbi sığorta haqqı da tutulacaq.
Beləliklə 2021-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.
– gəlir vergisi
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Eləcə də bax: Müəllimlərin məzuniyyət maaşı belə hesablanır
Beləliklə hesablanma formasını təqdim edirik.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
- a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)
- b) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN - c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
- d) icbari tibbi sığorta haqqı – 1%
250-(0+11+1.25+2.5)=250-14.75=235.25
Netto məbləğ 235.25 AZN olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
- a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i
8100-8000=100 AZN
100 AZN-in 14%-i = 14 AZN
- b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)
- c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
- d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı olan 100 manata görə 0.5%=80+0.5=80.5
8100-(14+790+6+40.5+80.5)=8100-931=7169 AZN
Netto məbləğ 7169 AZN olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
- a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%
250-200=50
50-14%=7 AZN - b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN
- c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN
- d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN
250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25
Netto məbləğ 229.25 AZN olacaq
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
- a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
5600 AZN-in 25%-i = 1400 AZN
- b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN
- c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
- d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN
8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat
Netto məbləğ 5906 AZN olacaq
Şəhriyar Həbilov
Ədəbiyyat:
Vergi Məcəlləsi
“Sosial sığorta haqqında” Qanun
“Tibbi Sığorta haqqında” Qanun
“İşsizlikdən sığorta haqqında” Qanun