Hadisə

Valyuta və qızılda korrupsiya ilə məşğul olub! Edam ediləcək

İranda "maliyyə cinayətləri" törətmiş bir nəfərin ölüm hökmü təsdiqlənib.  

"BI" xəbər verir ki, İran Məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün Ejei, valyuta və qızıl əməliyyatlarında korrupsiya əməlləri törətməkdə ittiham olunan Hamid Bakıri adlı vətəndaşa cəza məhkəməsinin verdiyi edam qərarının Ali Divan Məhkəməsi tərəfindən təsdiq olunduğunu açıqlayıb.
  
Ejei, maliyyə bazarını manipulyasiya etməkdə günahlandırılanı Mənuçehr Purferdin 10 il həbs, 318 milyard 175 milyon 176 min 319 rial pul cəzasına, İsmayıl Nasurullahinin 10 il həbs, Həsən Məzarinin isə 3 il həbs 94 milyon 670 min rial pul cəzasına məhkum edildiyini açıqlayıb.

İranda qızıl bazarını manipulyasiya etmək üçün qızıl saxlamaqda günahlandıran "Qızıl Sultanı" ləqəbli Vahid Məzlumun şəriklərindən biri olan Məhəmməd İsmayıl Kasımi keçən ay edam edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)