Qarabağ

Xaçaturyan: "Ermənistan çörək qıtlığı qarşısındadır"

Azərbaycanla toqquşmalarda ağır zərbə alan və işğal etdiyi Dağlıq Qarabağ bölgəsindən çəkilməyə məcbur olan Ermənistan böhrandan sonra böhran yaşayır. Ölkədəki beynəlxalq məhkəmələrə veriləcək iddialar nəticəsində yarana biləcək 50 milyard dollarlıq təzminatın necə ödəniləcəyi ilə bağlı müzakirələr aparılarkən, kənd təsərrüfatına cavabdeh olan keçmiş nazirdən qapıdakı yeni təhlükə ilə bağlı xəbərdarlıq gəlib.

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçaturyan, Dağlıq Qarabağ bölgəsinin itirilməsi ilə ölkənin çox tezliklə ciddi ərzaq təhlükəsizliyi problemləri ilə üzləşəcəyinə və bunun özünü ilk növbədə çörək tədarükündə və qiymətlərində göstərəcəyinə diqqət çəkib.

 

Taxıl istehsalının 75 faizi itirilib

Xaçatryan, Ermənistanda hər il təxminən 200 min ton taxıl istehsal edildiyini, bunun 150 min tonunun Dağlıq Qarabağ bölgəsindən əldə edildiyini və Ermənistanın Dağlıq Qarabağ bölgəsində istehsal olunan taxılın yüzdə 75-ini itirildiyini bildirib.

 

Qıtlıq yaxında qaçılmazdır

Digər tərəfdən, Xaçaturyan Ermənistanın hər il təxminən 250 min ton taxıl idxal etdiyinə işarə edib: “Boşluğu xaricdən alınan məhsullarla doldurmalıyıq. Dolların bahalaşdığını nəzərə alsaq, çörəyin tədarükü və qiyməti ilə bağlı problemlərimiz olacaq. Müharibədən sonrakı çörək qıtlığı, böyük yoxsulluq və hətta qıtlıq Ermənistanda tezliklə qaçılmaz ola bilər''. 

 

Qida təhlükəsizliyi strategiyası yoxdur

Koronavirusla əlaqəli əsas ixracatçı ölkələrdən taxıl ixracına qoyulan məhdudiyyətlərin də nəzərə alınmalı olduğunu vurğulayan Xaçaturyan: "Çörəyin qiyməti qalxarsa, hər şeyin qiyməti artacaq. Təəssüf ki, qida təhlükəsizliyi strategiyamız yoxdur''. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)