Qarabağ

Əsgər valideynləri Yerevanda aksiya keçirdilər: “Ordu Qarabağdan çıxsın!”

Qarabağda xidmət edən erməni hərbçilərin valideynləri Yerevanda yeni aksiya keçiriblər.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar övladlarının Qarabağdan qaytarılmasını tələb edirlər.

Hökumət binası önündəki aksiyada iştirak edənlərin bir qismi baş nazirin köməkçisi ilə görüşə aparılıb. Qalan etirazçılar isə hələ noybarın 28-də müdafiə naziri Vaqarşak Arutunyanla baş tutan görüş barədə danışıblar.

“Bizim övladlarımız istirahətə ehtiyac duyur. Onların dərhal Ermənistana qaytarılmasını, yeni sərhəd xəttində xidmət etməsini istəyirik. Övladlarımızı Qarabağdan qaytarsınlar. Biz çox narahatıq”- deyə valideynlər açıqlama verib.

Etirazçılar dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılmasına qədər övladlarının Ermənistan ərazisində xidmətə başlamasını tələb edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)