Məhkumluğu bitmiş şəxslər də kirayə mənzil əldə edə biləcək
“Məhkumluqla bağlı bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bununla bağlı əvvəlki dövürlərdə bir qədər anlaşılmamazlıqlar olub. Vətəndaşlar bunu bəzən düzgün anlamırlar”.
ENA.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun onlayn press-konfransıda, adıçəkilən qurumun departament rəhbəri Ramiq Tahirov deyir.
O qeyd edir ki, “məhkumluq olmayan dedikdə – məhkumluğu olmuş, sonrada tam bunu [məhkumluğu] tam ödəmiş şəxslər kirayə mənzili əldə etməkdən yararlanan bilər.
“Məhkumluğun ödənilməsi ilə bağlı cinayət qanunvericiliyində müəyyən müddətlər var. Həmin müddətlər başa çatdıqda və ya həmin məhkumluq aradan qaldırıldısa həmin şəxslər məhkumluğu olmayan şəxslər sayılır. Kirayə mənzili əldə etmək üçün Fonda müraciət edə bilərlər. Bu şəxslərin hüquqları da ömürlük məhdudlaşdırılmır”, deyə Ramiq Tahirov deyib.