Qurban Qurbanov istefa verdi
Futbol üzrə Azərbaycan yığma komandası baş məşqçisiz qalıb.
"BI" xəbər verir ki, Qurban Qurbanov postundan istefa verib.
O, bu barədə qərarını AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. 46 yaşlı mütəxəssisin istefası İK tərəfindən qəbul edilib.
- Eləcə də bax: Rəşad Sadıqov da istefaya göndərildi
Qeyd edək ki, Qurban Qurbanovun milli komadamızın baş məşqçisi postuna təyinatı ötən il noyabrın 3-də təsdiqlənmişdi. Həmin vaxt tərəflər arasında 6 illik müqavilə imzalanmışdı.