Azərbaycan “Cip” istehsalına başlayır
2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.
Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, artıq bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır:
“Ölkəmizdə “Cip”lərə böyük tələbat var və bunu nəzərə alaraq mart ayından etibarən onların istehsalını planlaşdırırıq. Artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlamışıq və ilkin razılıqlarımız var. Avtomobillərin Neftçala Avtomobil Zavodunda istehsalı nəzərdə tutulur. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək”.
Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.