Türkiyənin təkrarsığorta şirkəti Azərbaycan bazarına daxil olur
Türkiyənin dövlətə məxsus təkrarsığorta şirkəti – “Turk Re” Azərbaycan bazarına daxil olmağa hazırlaşır.
ENA.az bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu məsələ Fondun əməkdaşlarının Türkiyənin İstanbul şəhərinə səfəri zamanı müzakirə obyekti olub. Müzakirələrin nəticəsi olaraq “Turk Re”nin Azərbaycanda aqrar sığorta risklərinin yerləşdirilməsi üzrə müqavilədə iştirak etməsi qərara alınıb.