Qarabağ

Kəlbəcərdən sonra Türkiyə-Ermənistan sərhədləri açıla bilər - Türkiyənin deputatları

Türkiyə-Ermənistan sərhədləri Kəlbəcərin işğalından sonra bağlanıb. Demək olar ki, 1993-cü ildən bu yana dəfələrlə sərhədlərin açılması məsələsi gündəmə gətirilsə də, Türkiyə cəmiyyətinin basqıları, Azərbaycanın mövqeyi və Ermənistanın işğalçılıq siyasəti buna imkan verməyib.

Türkiyə-Ermənistan sərhədləri nə vaxtsa açıla bilərmi?

Məsələ haqqında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım  bildirib ki, Kəlbəcər alındıqdan sonra bu suala tam cavab vermək olar:
“Türkiyə olaraq Ermənistanın Azərbaycanın bütün torpaqlarını azad etməsini gözləyirik. Normallaşma necə ola bilər? Azərbaycan dövləti işğal olunmuş ərazilərdən düşməni təmizlədikdən sonra məcburi köçkünlər yurdlarına qayıdar. Yurdlarından qoparılan insanlar-hərçənd bütün evlər talan edilib, otuz ildir saxladıqları evlərinin açarını yenidən çıxarar.

Orada tam sülh təmin ediləndən sonra bu haqda danışıqlar aparıla bilər. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan demişdi ki, Qarabağa üçrəngli bayrağımızı sancdıqdan sonra etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlarla sülh içində yaşayacağıq”.


Türkiyə Böyük Millət Məclisinin üzvü, İzmir millətvəkili Atilla Sertel isə  bunun üçün ilk olaraq Ermənistanın işğal olunmuş torpaqlardan birdəfəlik geri çəkilməli olduğunu söyləyib.

O, məsələnin həllində əsas şərtin Azərbaycanın torpaq bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)