Qarabağ

“Azərbaycanın haqlarını müdafiə etmək üçün biz də dövrəyə girdik” - Çavuşoğl

“PKK-çıların Qarabağa yerləşdirildiyini və mülki əhalini hədəf aldıqlarını sübut etdik. Minsk Qrupu qarşısında can Azərbaycanın haqlarını müdafiə etmək üçün biz də dövrəyə girdik”.

ENA.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Plan və Büdcə Komitəsində çıxışı zamanı bildirib.

“Azərbaycanın haqlılığı və ərazi bütövlüyü bərpa edildi, torpaqlarını geri alır. İşğal altındakı torpaqlardan qaçmağa məcbur qalanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə qurulacaq. Biz də bu haqları qorumaq üçün meydanda olacağıq”,- deyə Çavuşoğlu bildirib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)