Vakansiyalar

Az-Granata işçilər axtarır - VAKANSİYA

Satış Təmsilçisi

Tələblər:

- Cins: Kişi
- Minimum natamam ali təhsil (bakalavr)
- Güclü satış, təqdimat və tanıtım bacarığı
- Çevik, çalışqan, məntiqli, ünsiyyətcil, hazırcavab
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli
- Karyerasını satış sahəsində qurmaq istəyi olmalı
- Komandada işləmək və idarəetmə bacarığı olmalı
- Sürücülük vəsiqəsi "B" və şəxsi avtomobilin olması
- Minimum 1 illik satış təcrübəsi

Vəzifələr:

- Şirkət məhsullarının sifarişlərini qəbul etmək;
- Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək məhsul çatışmazlığını müəyyən etmək;
- Şirkətə məxsus məhsulların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə standartlara uyğun düzülüşünü təmin etmək;
- Lazım gəldikdə, şirkətin reklam avadanlıqlarının satış nöqtələrində quraşdırılması üçün tələb olunan işləri görmək
- Satış proseslərinin reallaşdırılması və şirkətin müəyyən etdiyi kompaniyaların keçirilməsinin təmin edilməsi
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək;
- Satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və məsuliyyət daşımaq;
- Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək;
- Satış nöqtəsinin anbarındakı Şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;
- Mövcud müştərilərlə təşkilati əlaqələrin qurulması, yeni müştərilərlə iş birliyinin yaradılması

Əlaqə : cv@azgranata.az

***

Merçendayzer

Tələblər

- Cins – Qadın
- Ali, natamam-ali və ya orta təhsil
- Gözəl nitq qabiliyyəti
- Xoş xarici görünüş
- Çevik, çalışqan, məntiqli, ünsiyyətcil, hazırcavab
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli
- Merçendayzinq və ya satış sahəsi üzrə 1-2 il iş təcrübəsinin olmağı üstünlükdür
- 18-35 yaş

Vəzifə öhdəlikləri

- Məhsulların ticarət nöqtələrində Şirkətin standartlarına uyğun düzülüşünü təmin etmək;
- Şirkətin məhsullarının təyin edilmiş plan üzrə istifadə tarixlərini, rəflərin səliqəsini və əlaqədar digər məsələləri nəzarətdə saxlamaq, müvafiq məlumatları rəhbərliyə təqdim etmək.
- Günlük plan üzrə ticarət nöqtələrinə ziyarəti həyata keçirmək.

Əlaqə : cv@azgranata.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department