Bayram yarmarkasının günləri məlum oldu
![](https://ena.az/uploads/news/2018-12/_businessinsider_4def38c865839dd663b878d72_o.jpg)
Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb.
Bu barədə şirkətin mətbuat katibi Mayis Musayev məlumat verib.
Onun sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.
"Yarmarkanı 5 gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib.