Ermənistanın yeni xarici işlər naziri o oldu
Ara Ayvazyan Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunub.
“ENA” xəbər verir ki, bununla bağlı müvafiq fərman baş nazir Nikol Paşinyanın təklifi əsasında prezident Armen Sarkisyan tərəfindən verilib. Bu haqda prezident aparatının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl XİN rəhbəri olmuş Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib.
Paşinyanın imzaladığı fərmanla Ara Ayvazyan ötən ay Xarici İşlər nazirinin müavini təyin edilib.
Bundan əvvəl Ayvazyan Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri vəzifəsində çalışıb.