126,5 milyon manat kapitala malik şərab zavodu yaradıldı
Azərbaycan Dövlət Vergi Xidməti 126 milyon 488,4 min manat nizamnamə kapitalına malik "Kürdəmir-Şərab" ASC-ni rəsmi qeydiyyata alıb. Şirkətin VÖEN-i 5701319291-dir.
"Kürdəmir-Şərab" ASC 3 sentyabr 2020-ci ildə qeydiyyata alınıb və Kürdəmirdə fəaliyyət göstərəcək. Cəmiyyətin rəsmi nümayəndəsi Aqil Səmədovdur.
Qeyd edək ki, Azərbaycanda qeydə alınan şirkətlərin böyük əksəriyyətinin nizamnamə kapitalı 10 manat təşkil edir.