Sosial iqtisadiyyat

“Baku Steel Construction”ın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 30-da, saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada və ötənilki maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi, balansında olan əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)