“McDonald’s”, “KingBurger” və “Papa John’s” Azərbaycana dəstək postlarını sildi – Həmin şirkətlərə boykot tələb edilir
Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər Qarabağ savaşında ötən günə qədər “dəstək” məqsədli postlarını sosial şəbəkədəki səhifələrindən siliblər. Bu şirkətlər Azərbaycanda fast-food (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətləridir. Hər üçü lokal abu-havaya bürünsədə, sonradan bundan imtina ediblər. Bu isə Azərbaycanda geniş kütlə tərəfindən etirazla qarşılanıb. Hətta bəzi hallarda “boykot” həştəqləri ilə də bu şirkətlərə məxsus məhsullarını almaqdan imtinaya səsləniblər.
“McDonald’s” “Bayrağımız Azərbaycanın bütün doğma torpaqları üzərində dalğalansın”, “Doğma bayrağımızın hər zaman Azərbaycanın yüksəkliklərində dalğalanmasını arzu edirik”, “Vətənin hər qarışı doğmadır və bölünməzdir” başlıqlı yazılarla Azərbaycan xəritəsi və bayraqları ilə müharibə başlayan gündən yerli auditoriyaya dəstək mesajı ilə çıxış edirdi. Bu dəstək mesajı Rusiya KİV-ində də, hətta bir neçə xəbər saytları tərəfindən “təəccüblə” qarşılanmışdı. Nəhayət ötən gün ölkəmizdə artıq müharibənin rəmzinə çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarından imtina edən “McDonald’s” bu postu silib. Öncəki postları silməklə “yemək və xoş anlar”dan bəhs edən post paylaşıb, öncəki etdiklərinə görə auditoriyadan üzr istəyib.
Azərbaycanda reperlərdən Promete də bu boykot-a dəstək verərək öz Facebook səhifəsində post paylaşıb.