ENA+

Türkiyə, Qazaxıstan və Özbəkistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı

Türkiyə, Qazaxıstan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb.

ENA.az bu barədə “Regnum”a istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 27-də Türkiyə nümayəndə heyəti ölkənin müdafiə nazirinin rəhbərliyi ilə Daşkəndə səfər edib. Görüş çərçivəsində Hülusi Akar və Özbəkistan prezidenti Şavkat Mirziyayev arasında danışıq baş tutub. Tərəflər ölkələr arasında hərbi-texniki əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 26-da Türkiyənin müdafiə naziri Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev ilə görüşmüşdü. Görüş zamanı hərbi və hərbi-texniki əməkdaşlıq, kadr hazırlığı, hərbi təhsil, döyüş hazırlığı və təlimlərə iştirak məsələləri müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)