Bank

“Unibank”ın nəbzi necə döyünür? - III RÜBÜN HESABATI

Ümidsiz borcların qaytarılması ilə bağlı 2019-cu il bank sektoru üçün düşərli oldu. 2020-ci ilin əvvəlindən COVİD-19 pandemiyası bütün iqtsadi rıçakları, həmçinin bank sektorunun fəaliyyətini zəiflətdiyindən nəinki ümidsiz borclar yığıldı, əksinə müsbət kredit tarixçələri belə pisləşməyə başladı. Nəzərə alaq ki, bu tendensiya bütün dünyada özünü göstərir və hökumətlərin dəstək paketləri iqtisadi-maliyyə dayanıqlığını qorumağa hesablanır.  

 

Bir ildəki əsas dəyişikliklər

Nümunə olaraq qeyd edək ki, 2019-cu ilin 9 ayında Unibank 48 milyon 743 min manat ümidsiz borcunu geri aldığı təqdirdə bu ilin yanvar-sentyabr aylarında cəmi 3 milyon 440 min manatını qaytara bilib. Bankın Pul hərəkətindən görünür ki, əməliyyat aktivlərində ötən ilin eyni dövrü ilə müqayisədə 56 milyon manat azalma var. Müştərilərin cari hesablarında ötən ilin eyni dövründə 63 milyon manat həcmində artım olduğu halda, bu ilin 3-cü rübünün sonunda 57 milyon manata yaxın azalma var. Beləliklə apardığımız bu müqayisələr digər göstəricilərdə də öz əksini tapır. Ən mühüm məsələlərdən biri - problemli kreditlər portfelinin yenidən şişməməsi üçün restruktruzasiyanın aparılması zərurəti həyata keçirilir.  

 

Akitvlərin tərkibində nə dəyişib?

Göstəricilərdən ən mühümü odur ki, banklar üçün nəbz funksiyasını daşıyan aktivlərin həcmində kiçilmələr diqqətə çarpır. 2020-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Unibank”ın aktivləri 4,4% azalaraq 752 milyon 815 min manata düşüb. Akitvlərin tərkibinə baxsaq, nağd vəsaitlərin həcmi 51 milyon 324 min manat, ticarət və qiymətli kağızların həcmi 49 milyon manata yaxın azalıb və aktivlərin kiçilməsində məhz bu kriteriyaların xüsusi rolu var.

 

Kredit portfelində aktivlik artıb

30 sentyabr 2020-ci il tarixinə bankın kredit portfelinin həcmi 556 milyon 671 min manat təşkil edir və bu o deməkdir ki, aktivlərin 74%-i kredit portfelinin payına düşür və əslində bu həm də o deməkdir ki, bank öz vəsaitləri ilə ölkə iqtisadiyyatında daha aktiv şəkildə iştirak edir. Bu ilin ötən 9 ayının müqayisəsini aparsaq, onu göstərir ki, kredit portfeli 9,7% artıb. Həmçinin, artımın tərkibinə baxsaq 16% artımla biznes kreditlərinin həcmi 196 milyon 188 min manata yüksəlib. İstehlak kreditlərinin həcmindəki 3,4% artım isə nəticədə portfelin həcminin 300 milyon 117 min manata çatmasına səbəb olub.

 

Öhdəliklərdəki “əmanət gedişi” davam edir

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 626 milyon 205 min manat təşkil edib. Bu o deməkdir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında azalma 5,9% təşkil edib. Öhdəliklərdə əsas azalma müştəri hesablarında baş verib və 10,7% azalma nəticəsində 474 milyon 119 min manata düşüb. Hüquqi şəxslərin depozitlərinin əriməsi tendensiyası zəifləsə də əhalinin əmanətlərini geri çəkməsi nəticəsində fiziki şəxslərin portfeli 9,7% kiçilərək 376 milyon 855 min manata bərabər olub.

1 oktyabr 2020-ci il tarixinə “Unibank”ın kapitalı 7,1%  artaraq 96 milyon 61 min manat olub. Nizamnamə kapitalı dəyişməyərək 125 milyon 686,36 min manat təşkil edir.

 

Mənfəətlə çıxdı, xüsusi ehtiyatlarını azaltdı

Bu ilin 9 ayının  nəticələrinə görə, bankın xalis mənfəəti 11 milyon 247,82 min manat təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47,4% azdır. Azalma əsasən bankın gəlirlərinin ötən illə müqayisədə düşməsi ilə bağlıdır. Ötən 9 ay ərzində “Unibank”ın gəlirləri 84 milyon 991 min manat, xərcləri 71 milyon 857 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmalarını 94,4% azaldaraq 33 milyon 947 min manatdan 1 milyon 886 min manata salıblar. Bank mənfəət vergisi ödəməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)