Trampdan Qarabağ danışıqları açıqlaması: “Həqiqətən yaxşı irəliləyiş var”

ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir.
ENA.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb.
“Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, - deyə ABŞ Prezidenti qeyd edib.
Eyni zamanda Donald Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.