“Alibaba” dünyanın ən böyük IPO-larından birinə hazırlaşır
Çinin “Alibaba” internet şirkəti törəməsi olan “Ant Group” maliyyə texnologiyaları şirkətinin Honkonq və Şanxay birjalarında həyata keçirəcəyi ilkin kütləvi tədavül (IPO) çərçivəsində “fintech” şirkətin səhmlərinin beşdə birindən çoxunu alacaq.
ENA.az xəbər verir ki, bu barədə “Alibaba”nın relizində bildirilib.
Məlumatda qeyd olunub ki, “Alibaba” tənzimləyici orqanlardan lazımi icazə alacağı və digər presedent şərtlərin yerinə yetiriləcəyi təqdirdə 730 milyon səhmi almaq niyyətindədir.
“Ant Group” IPO çərçivəsində ümumilikdə 3,3 milyard səhm yerləşdirməyi planlaşdırır. Şirkət əlavə olaraq “Alibaba” üçün 1,16 milyard səhm buraxmağı planlaşdırır ki, bu da internet şirkətinin IPO-dan sonra “Ant Group”un 33% hissəsinə sahib olmasına imkan verəcək.
Qeyd edək ki, mərkəzi Çinin şərqindəki Hançjou şəhərində yerləşən “Ant Group”un 33%-i “Alibaba Group”a məxsusdur və “Alibaba”nın qurucusu Cek Ma tərəfindən idarə olunur. Şirkət Çində mobil ödənişlər sahəsində liderdir, habelə mobil tətbiqetmələr vasitəsi ilə kredit vermə, sığorta və aktiv idarəetmə xidmətləri təklif edir.