Hesabatlar

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-sentyabrında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 670 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycan Gürcüstanın 9 aylıq ticarət dövriyyəsində 8,3% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yerdə qərarlaşıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 11% azalma qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)