BP-də milliləşsirmə 90 faizə çatıb
Bu gün SOCAR və bp-Azərbaycan şirkətinin dəstəyilə "Neft sənayesində milliləşdirmə startehiyası"na həsr olunmuş tədbir keçirilib.
"BI" xəbər verir ki, tədbirdə çıxış edən SOCARın prezidenti Rövnəq Abdullayev bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən neft-qaz sektorunun milliləşdirlmə öhdəlikləri yerinə yetirilib və göstəricilər çox yüksəkdir.
Hazırda BP şirkətində işçi heyətinin 90 faizi yerli kadrlardan ibarətdir. "Yerli əmək bazarında müasir bilik və bacarıqlara sahib olan milli kadrların yetişdirilməsi üçün gprülən işlər uğurlu nəticələrini verdi. Hazırda Bakı Ali Neft Məktəbini bitirən məzunların 100 faizi də işlə təmin olunur. Onlardan bir çoxu xaricdə çalışır. Əminəm ki, milliləşdirmə strategiyasının yekun nəticələri sayəsində xaricə daha çox kadr göndərə biləcəyik". Hədəf neft qaz sektorunun inkişafında yerli kadrların inkişaf potensialını daha da yüksəltməkdir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd etdi ki, qarşıya qoyulan hədəfə nail olduqları üçün qürur duyur: "Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da dəstəkləyəcəyik.