Boeing sentyabr ayında bir sifariş belə ala bilmədi
Amerika təyyarə konserni Boeing Co. sentyabr ayında yeni bir sifariş ala bilmədi və yalnız əvvəldən olmuş 11 təyyarəni müştərilərə çatdırdı.
Bunların arasında 7 ədədi 787 Dreamliner təyyarəsi, qalanı isə yük və hərbi təyyarə olub.
Boeing və Avropa təyyarə istehsalçısı Airbus, COVID-19 pandemiyası fonunda hava səyahətinə olan tələbin kəskin azalmasına cavab olaraq təyyarə istehsalını və iş yerlərini azaldır.
Keçən həftə “Boeing” hava sərnişin bazarında canlanma perspektivləri ilə bağlı qeyri-müəyyənlik olduğunu qeyd edərək növbəti 10 il ərzində mülki təyyarələrə tələb proqnozunu endirib.