"Kapital Bank" nizamnamə kapitalını artıracaq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Kapital Bank" ASC -nin faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
"BI" Palataya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, sənədsiz adlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 9,72% artırılaraq 205,85 milyon manatdan 225,85 milyon manata çatdırılacaq.
Xatırladaq ki, bu, son 3 ayda 2-ci kapital artımıdır. Bu ilin sentyabr ayında Bankın nizamnamə kapitalı 10,76% və yaxud 20 milyon manat artırılaraq 185,85 milyon manatdan 205,85 milyon manata çatdırılmışdı.