Sənaye

Dövlət Agentliyinə sədr təyin olunub

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyinə təyinatlar olub.

Məlumata görə, AREA-nın sədri vəzifəsi müvəqqəti olaraq Nazirliyin aparat rəhbəri Zaur Məmmədova tapşırılıb.

Bundan əlavə Təbriz Əmmayev AREA sədrinə müavin təyin edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Bristol Universitetində maliyyə, mühasibatlıq və menecmentliyi fakültəsini bitirən T.Əmmayev bu vaxta qədər SOCAR-ın baş ofisində çalışıb.

Energetika nazirinin müşaviri və mətbuat katibi Zəminə Əliyeva “Report”a bu təyinatları təsdiq edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb və 40 ştat vahidi müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)