Bank

“Express Bank”ın səhmdarları toplaşacaq

Oktyabrın 30-da, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə cari məsələlərin müzakirə edilməsi daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)