Hikmət Hacıyev Gəncədən video paylaşdı
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün saat 10 radələrindən başlayaraq Ermənistan ərazisindən atəşə tutulan Gəncədən video paylaşıb.
“ENA” xəbər verir ki, o, sözügedən görüntüləri öz tvitter hesabında yayıb.
“Ermənistanın Gəncə şəhərindəki sıx yaşayış sahələrinə qarşı kütləvi raket hücumlarının nəticələri... Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün qanuni hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. 4 yeni raket bir az əvvəl Gəncəni vurdu”, - deyə H. Hacıyev qeyd edib.