Qarabağ

Bu gün saat 2-dən Ermənistan Qarabağa gedən yolları boşaldır

İşğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub.

“ENA” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib. Bildirilib ki, məhdudiyyətlər 2 oktyabr saat 14:00-dan etibarən qüvvəyə minəcək.

Məhdudiyyətlər Qarabağa girmək və cəbhəyə yardım əşyalarının aparılması ilə əlaqədardır. Qeyd olunub ki, Qarabağa getmək istəyən şəxslər bunun üçün bir sıra qurumlardan icazə almalıdırlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)