Bank

Azərbaycanda pul bazası böyüyüb

2020-ci il, oktyabrın 1-nə Azərbaycanda pul bazasının həcmi 12 milyard 230,1 milyon manat təşkil edir. Sentyabr ayında pul bazası 322,6 milyon manat və ya 2,7% artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumata görə, ötən 9 ayda ölkəmizdə pul bazasının həcmi 0,6% artıb.

Xatırladaq ki , pul bazası dedikdə - pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Xatırladaq ki, 30 dekabr 2019-cu il tarixinə Azərbaycanda pul bazası 12 milyard 152,5 milyon manat təşkil edib. 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)