"Rabitəbank"ın səhmdarları toplaşacaq
Rabitəbank ASC-nin səhmdarları növbəti ümumi yığıncağını 17 noyabr 2020-ci il tarixində keçirəcək.
"İclasda bankın 2021-ci il üçün büdcə proqnozlarının təsdiqlənməsi planlaşdırılır", - deyə məlumat verilir.
İclasda həmçinin bankın fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi də planlaşdırılır.
Qeyd edək ki, Rabitəbank ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ilk 10 bankından biridir. Bankın səhmdarları təxminən 20 hüquqi və fiziki şəxsdir.