Sosial iqtisadiyyat

Ukrayna Ermənistanla aviasiya əlaqələrini KƏSDİ

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Kiyevdən Ermənistanın paytaxtı Yerevana təyyarə reyslərini ləğv edib.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə şirkət öz Facebook səhifəsində yazıb.

“Bu addımlar Ermənistanda hərbi vəziyyət və səfərbərliyin elan olunması ilə bağlıdır” - deyə açıqlamada deyilir.

Bununla belə, Ukrayna Azərbaycana planlaşdırılan aviareysləri ləğv etməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)