Vakansiyalar

"Paşa Sığorta" işçi axtarır - VAKANSİYA

PAŞA Sığorta” ASC namizədləri Vergi  üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı;
• Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində 4 il (vergi mühasibi olduqda 2 il) iş təcrübəsi.


Son müraciət tarixi: 25 dekabr 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department