Sığorta

“Başak-İnam Sığorta”nın ləğvetmə balansı müzakirə ediləcək

Noyabrın 10-da ləğv prosesində olan “Başak-İnam Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətin elanında deyilir.

“Yığıncağın gündəliyinə şirkətin ləğvetmə balansının müzakirə olunması, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına dair audit hesabatına baxılması məsələləri daxildir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli qərarı ilə “Başak-İnam Sığorta” ASC-nin lisenziyası geri çağırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)