Sığorta

“AtaSığorta”nın gəlirləri azaldı

“AtaSığorta” ASC 2020-ci ilin 6 ayını 591 min 840 manat xalis mənfəət ilə başa vurub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azadır. Belə ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə xalis mənfəət 1 milyon 112 min 742 manat olmuşdu.

2020-ci ilin birinci yarısında cəmi gəlirlər 9 milyon 940 min manat, cəmi xərclər isə 9 milyon 348 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə cəmi gəlirlər 14 milyon 27 min manat, cəmi xərclər isə 12 milyon 914 min manat olmuşdu.

“AtaSığorta”nın 2020-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqları 7 milyon 319 min manata düşüb. 2019-cu ilin yanvar-iyun ayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 9,4 milyon manat təşkil etmişdi, 7,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdi.

“AtaSığorta” ASC-nin səhmdarı “AtaHolding” MMC-dir.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)