Azərbaycanın məşhur bankiri sığorta sektorunda işə başlayacaq
2017-ci ildə lisenziyası ləğv edilmiş “Dəmir Bank” ASC-nin 1994-2016-cı illərdə İdarə Heyətinin sədri olmuş Roman Əmircanov gələn aydan sığorta sektorunda işə başlayacaq.
ENA.az xəbər verir ki, əşhur bankir yeni yaradılmış “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də auditor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, yeni sığorta şirkəti ötən ay yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır.