Faydalı video konfrans proqramları
Bütün dünyanın onlayn olduğu bu dövrdə video konfransların əhəmiyyəti daha da artıb. Artıq bu proqramlardan təkcə iş üçün yox, təhsil üçün də istifadə edilir. Pandemiya isə video meeting proqramlarının daha da geniş yayılmasına və istifadə olunmasına yol açıb. Gəlin, bəzi video konfrans proqramlarına nəzər salaq.
Zoom
Əgər bir video konfrans tətbiqi axtarırsınızsa çox güman ki, Zoom barədə eşitmisiniz. Zoom tətbiqini yüklədikdən sonra (kompüterinizdə və ya telefonunuzda) vaxt məhdudiyyəti olmayan pulsuz 1:1 video zəngləri və 40 dəqiqədən çox danışmadığınız müddətdə 100 nəfərədək qrup zənglərini qəbul edə bilərsiniz. Daha da əhəmiyyətlisi odur ki, Zoom inanılmaz dərəcədə etibarlıdır. İnternet bağlantınız çox yaxşı olmasa belə Zoom videonuzu davam etdirəcək, baxmayaraq ki, bəzən keyfiyyəti aşağı səviyyədə ola bilər. İstədiyiniz zəngi bir video kimi yaza bilər və sonra yenidən izləyə bilərsiniz. İştirakçılar chat bölməsindən qrup şəklində və ya şəxsi mesajlaşma üçün istifadə edə bilərlər. Burada bütün ekranınızı və ya çalıştırdığınız tətbiqlərdən yalnız birini göstərməyi seçərək ekranınızı paylaşa bilərsiniz.
Microsoft Teams
Microsoft Teams bir tətbiq daxilində istifadəçilərin tək bir şəxs və ya bir komanda ilə video və ya səsli görüşlər təyin etməsini təmin edir. İdarəçilər ayrıca 10.000 nəfərədək iştirakçı ilə veb seminarlar və böyük görüşlər təşkil edə bilərlər. Microsoft 365-lə tam inteqrasiya olması o deməkdir ki, zənglər asanlıqla planlaşdırıla və dəvətlər təşkilat arasında asanlıqla paylaşıla bilər, kənar qonaqlar tətbiqi yükləmədən veb brauzerlərindən görüşlərə qoşula bilərlər. Microsoft Teams ekran paylaşımı və zəng qeydləri, canlı başlıqlar, arxa plan bulanıqlığı texnologiyası və söhbət funksiyaları daxil olmaqla aparıcı bir video konfrans proqram təminatçısından gözlənilən bütün xüsusiyyətlərə malikdir. Microsoft 365 ilə inteqrasiya platformanı video konfrans və rəqəmsal iş sahəsi inteqrasiyasında bazar lideri edir.
GoToMeeting
GoToMeeting, komandanızla görüşməyinizə və ya minlərlə izləyiciyə bir webinar yayımlamağınıza imkan verən video konfrans proqramıdır. GoToMeeting ilə görüşləri onlayn planlaşdıracaqsınız. Zənglərə qoşulmaq, ekranınızı paylaşmaq və tamaşaçılara təqdim etmək üçün isə GoToMeeting tətbiqindən istifadə edəcəksiniz. GoToMeeting mütəxəssislərə yönəlmiş bir video konfrans proqramından gözlədiyiniz bütün xüsusiyyətlərə sahibdir.
Səs səviyyənizi tətbiqin alətlər panelindən də izləyə bilərsiniz, beləliklə danışıq zamanı səsinizin nə qədər yüksək olduğunu görə bilərsiniz. Proqramın tək pis tərəfi bütün bu xüsusiyyətləri özündə birləşdirdiyi üçün biraz qarışıq olmasıdır. Əgər komanda zəngləri və veb-seminarlar üçün vasitə axtarırsınızsa GoToMeeting yaxşı və etibarlı seçim ola bilər.
Join.me
Bir hesab yaratdıqdan sonra görüşü brauzerinizdən və ya hər hansı bir masaüstü və ya mobil tətbiqetmədən başlada bilərsiniz və iştirakçılar birbaşa brauzerlərindən də qoşula bilərlər. Ekran paylaşımı kimi bəzi Pro xüsusiyyətləri yalnız masaüstü tətbiqindən istifadə etdikdə mümkündür. Ancaq sadəcə sürətli bir video görüşməyə ev sahibliyi etmək istəyirsinizsə, məsələn, ekranını bölüşməyə ehtiyac olmayacaq bir müştəri ilə danışmalısınızsa və onlardan hər hansı bir proqramı yükləmələrini istəmirsinizsə - join.me yaxşı bir seçimdir.
Cisco WebEx
Cisco Webex Meetings video konfrans tətbiqləri arasında böyük seçimlərdən biridir. Ancaq əsl xüsusiyyəti Webex-in virtual yazı taxtasıdır. Zəngə başladıqdan sonra ekranınızı boş bir yazı taxtası kimi paylaşmağı seçə və sonra əməkdaşlıq etmək üçün geniş çeşidli eskiz alətlərindən, mətndən və həndəsi formalardan istifadə edə bilərsiniz. Ən yaxşı tərəfi isə hamının eyni vaxtda lövhədən istifadə edə bilməsidir.
Skype for business
Skype kiçik komandalar və kiçik müəssisələr üçün yaxşı bir seçimdir. 50 nəfərədək iştirakçı ilə olan video zəngləri dəstəkləyir. Hər kəsin Skype-ı olduğu müddətdə tamamilə pulsuzdur. Hər kəs kompüterdəki veb brauzerdən iclaslara qoşula bilər. Mobil cihazda isə insanların iştirak etmək üçün Skype tətbiqetməsini yükləmələri lazım ola bilər. SMS mesajları göndərmək, həm mobil, həm də şəhər telefonlarına səsli zənglər etmək, GIF göndərmək, söhbət etmək, foto və video paylaşmaq və ya iş təqdimatları üçün ekranınızı paylaşmaq üçün Skype-dan istifadə edə bilərsiniz.