Xaricdən idxalı artıb, daxili istehsal isə azalıb
Bu ilin 8 ayında Azərbaycan xaricdən gətirilən avtomobil nəqliyyatı vasitələrinə 400 milyon dollar xərcləyib. Bu göstəriciləri nəzərə alan hökumətin güzəştli kreditləri əsasında ölkədə bir neçə avtomobil zavodunu fəaliyyət göstərir. Buna baxmayaraq 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1170 әdәd vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 326 әdәd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 01.09.2020-ci il vәziyyәtinә hazır mәhsul ehtiyatı 119 ədəd təşkil edib.
Traktor istehsalı isə 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 79.8% azalaraq 165 ədəd təşkil edib. 01.09.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 144 ədəd olub.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında istehsal edilmiş traktorların sayı 105 ədəd, hazır məhsul ehtiyatı isə 218 ədəd təşkil etmişdi. Beləliklə, Avqustda 60 ədəd traktor yığılıb.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu və “Azərmaş” (Neftçala Avtomobil Zavodu) minik avtomobillərinin yığılması ilə məşğul olur. Ölkəmizdə traktorlar isə Gəncə Avtomobil Zavodu tərəfindən istehsal olunur.